Tovuzdan başlayan təxribat bu gün də davam edir?!  Azərbaycan Prezidenti çox soyuqqanlı şəkildə ermənilərin geosiyasi təxribat planını pozdu

            Bu analitikanı apararkən tarixi-etnocoğrafi, folklorşünaslıq, region və geosiyasi, geoiqtisadi meqalayihələrlə bağlı məlumatlar əldə edib, toplayıb analiz etdikcə aydın olur ki, cahil, avam, sadəlövh ermənilər həmişə hiyləgər məkrli rəhbərlərinin pafosu ilə kimlərinsə əlində oyuncaq olmuşlar və çox miskin və bayağı görkəmdə görünürlər.

            Əvvəlcə hazırki dünyanın Qafqazda ən böyük münaqişə tərəfləri sayılan Azərbaycanı və Ermənistanı potensial rəqib olaraq qiymətləndirməyə çalışaq.

            Azərbaycanda daimi yaşayan əhalinin sayı ilin əvvəlindəki rəsmi statistikaya görə  10.190.233 nəfər, Ermənistanın əhalisi öz rəsmi mənbələrində 2.950.000 nəfər göstərilsə də son 30 ildə ağır olan və sonu parlaq görünməyən sosial-iqtisadi vəziyyət səbəbindən əhali arasında mənəvi-psixoloji və demoqrafik vəziyyət adekvat olaraq çox gərginləşmişdir. Hazırda, ekspertlər Ermənistanda real olaraq cəmi 2.000.000 nəfərə  yaxın əhalinin yaşadığını qeyd edirlər. Yəni Ermənistanda hazırki əhalinin sosial təbəqələşməsi belədir ki, mövcud əhalinin təxminən 2-3 %-i müharibə ab-havasında və xarici yardımlardan istifadə edərək kəskin surətdə varlanmış, təxminən 11-13 %-i dövlət və digər daimi iş yeri mövcud olan orta təbəqə sayılan bir hissədirsə, qalan 84-85% əhali əsasən işsiz, yoxsul və sosial yardıma ehtiyacı olan təbəqəni təşkil edir. Əslində müharibə komandasının əleyhinə olan ac-yalavac bu təbəqənin miskin vəziyyətindən istifadə edən "Soros" ekspertləri əvvəlcə ermənilərdə ruslara qarşı nifrət yaradıb, məsələn Gümrüdə bir rus əsgərin bir erməni ailəsini güllələməsi kimi faktlarla, sonra isə kütlə psixologiyası,  küçə pofosu ilə inqilab edərək Nikol Paşinyanı hakimiyyət kürsüsünə əyləşdirdilər. Bu kontingentin müharibə komandasına olan nifrətini küçə pafosu ilə küçə inqilabçıları və "Soros" dəyərləndirib hakimiyyəti ələ keçirdilər. Əslində bu, 1828-ci il fevralın 10-da  Rusiya imperiyası tərəfindən general İvan Paskeviç və İran tərəfindən həmin  dövrün vəliəhdi şahzadə Abbas Mirzə tərəfindən

 

imzalanmış Türkmənçay müqaviləsinə əsasən Azərbaycanlıların İrəvan Xanlığını süquta uğradaraq xanlığın coğrafi ərazisində köçürülüb yerləşdirilmiş ermənilərdən, yerli azərbaycanlılardan, gürcü və digər  xalqlardan ibarət Çar Rusiyasının payına düşmüş quberniyada əsası qoyulan erməni vilayəti və bu günki Ermənistan Rusiyanın vassalı olaraq yaradılmışdır. Həmin vaxtdan faktiki olaraq Rusiyanın vassal  ərazisi olan Ermənistanda "Soros"un siyasi çevrilişidir.

            Mövzudan çox kənarlaşmamaq üçün müqayisəyə qayıdaq. Hərbi potensialına görə ABŞ-ın Global Fire Pover təşkilatının 2019-cu il qiymətləndirməsinə əsasən Azərbaycan Ordusunun hazırlıq səviyyəsi dünya orduları sırasında 52-ci yerdə, 

Ermənistan ordusu isə 96-cı sırada yerləşmişdir. Həmin hərbi təşkilatın hesabatında Azərbaycanda 66.000 aktiv döyüşçü, Azərbaycan Silahlı Qüvvələrinin şəxsi heyəti 374.500 nəfər, Səfərbərlik vaxtı ehtiyatda olan canlı qüvvə isə 3.750.000 nəfər təşkil edir. Ermənistanda isə yenə həmin beynəlxalq təşkilatın hesabatına istinadən 20.000 aktiv döyüşçü və 200.000 nəfər ehtiyatda olan canlı qüvvə mövcuddur, Azərbaycanda həqiqi hərbi xidmətə çağırış 18-35 yaş arasıdırsa, Ermənistanda bu hədd 18-45 yaş arasını əhatə edir, lakin müharibə şəraitində 15-49 yaş həddi götürüldüyü bildirilir.

            Azərbaycan Ordusunun və silahlı qüvvələrinin arsenalı Türkiyə, İsrail, Rusiya, Pakistan, Ruminiya, Ukrayna və digər ölkələrdən hər ölkənin ən müasir, ən güclü və üstün sayılan silahını alaraq, digər ən müasir sistemlərlə təchiz edilib modernləşdirilərək  və Azərbaycan hərbi sənayenin müasirləşən və modifikasiya olunmuş sistemlərlə  təchiz olunmuşdur.  Ermənistan  isə  əsasən Rusiyanın, krediti və ianəsi hesabına rusiya silahlı qüvvələrinin arsenalında və balansında işlənmiş silahlar hesabına silahlanmışdır. Əgər Ermənistanın Rusiya hərbi bazasındakı raket sistemini təbliğat vasitəsi  kimi  istifadə  edirsə  bu  silahların  tətiyi  rusların  əlindədir,  Azərbaycanda  isə ən  müasir, Hərbi  Hava Qüvvələri, Hərbi Dəniz  Donanması, Hava Hücumundan  müdafiə  sistemləri  mövcuddur və bunların  tətiyi və əmri  birbaşa və birmənalı  şəkildə Azərbaycanın siyasi və hərbi rəhbərliyinin səlahiyyətindədir.

            Bu müqayisələri  çox uzatmaq olardı, lakin məqsəd heç də Azərbaycanla Ermənistanın hərbi, iqtisadi, siyasi və beynəlxalq nüfuzunu müqayisə etmək deyil. İstər iqtisadi inkişaf baxımından, regional beynəlxalq meqalayihələr- neft, qaz, hava, quru, dəmiryolu və dəniz nəqliyyat, kommunikasiya və yerli sənayenin inkişaf coğrafiyası, bütün siyasi-beynəlxalq forum, format, qurum və proseslərdə Azərbaycan-Ermənistandan dəfələrlə  üstündür.

            Bəs məntiqi sual yaranır ki, necə olur Ermənistan Azərbaycan ərazisini işğalda saxlaya bilir? Bəs necə cəsarət edir ki, Ermənistan işğal altında saxladığı Dağlıq və aran Qarabağın sərhədlərindən xeyli uzaqda Azərbaycanla birbaşa sərhəddin Tovuz rayonu ərazisindən Azərbaycan ərazisinə  hücum edir, ağır texnikadan davamlı atəş açıq?

            Bu sualların cavabını axtarmazdan əvvəl baxaq görək Azərbaycan-Ermənistan sərhəddində təxribatı hansı tərəf törədib? Bu Azərbaycan ola bilərmi?- Birmənalı, yox!

            Çünki Azərbaycan məntiqlə atəşkəsi pozmaqda maraqlı və planlı olsaydı, bu ən azından hələ Dağlıq Qarabağdan da əlavə Ermənistan tərəfindən işğal altında saxlanılan yeddi rayonun ərazisindən başlaya bilərdi ki, hər halda bu ərazi heç bir hüquqi və siyasi müzakirə mövzusu olmadan Azərbaycan ərazisidir. Həmin ərazilərdə hər hansı əməliyyat aparmaq Azərbaycanın beynəlxalq sənədlərlə təsdiq olunmuş hüququdur və de -yure heç bir dövlətin, o cümlədən Rusiyanın müdaxilə etmək hüququ yoxdur. Tovuz sərhəddində isə təxribat törətməklə Ermənistan Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatını  (KTMT) və onun əsas yaradıcısı olan Rusiya Federasiyasını hansısa formada bu prosesə cəlb etmək istəyində idi .

            Demək Azərbaycanın Tovuz sərhəddindəki təxribatı Ermənistan başlayıb. Bəs məqsəd nədir?

            Tovuz rayonu Azərbaycanın qərb rayonlarından biridir ki, Azərbaycandan Türkiyəyə və Avropaya uzanan beynəlxalq neft və qaz magistral xətləri həmin ərazidən keçir.

            Bakı-Tbilisi-Ceyhan neft boru kəməri Azərbaycan neftinin Avropa bazarına nəqlinin başlanğıcı olmuşdur. 2003-cü ildə inşasına başlanan boru kəməri(uzunluğu 1768 km) layihəsi 2006-cı ildə istismara verilmişdir. Daha sonra bu beynəlxalq meqalayihələrin davamı olan Trans Anadolu Qaz Boru Kəməri (TANAP) də (uzunluğu 1841 km, dəyəri 7 mlrd ABŞ dolları) inşasına 2015-ci ildə Azərbaycandan  başlanaraq təbii qazı Türkiyənin Şərq sərhədindən Qərb sərhədinə daşıyan, bütün ölkədə sabit tranziti təmin edən bu  layihə Cənubi Qafqaz boru kəmərini Avropa Birliyində bir neçə kəmərlə əlaqələndirmişdir. 2018-ci ildə inşası başa çatmış TANAP, 2019-cu ildən istifadəyə verildikdən sonra 2020-ci ildə kəmərin buraxlış qabiliyyəti 16 mlrd kub metr olmuşdur. TANAP-ın davamı olaraq 2016-cı il mayın 17-də Yunanıstanın Saloniki şəhərində TAP-ın təməlqoyma mərasimi keçirilmişdir. 4,5 milyard dollara başa gələcək olan boru kəməri ilə 2020-ci ildə Azərbaycan qazının Avropaya çatdırılacağı nəzərdə tutulmuşdur və təyin olunan vaxtda yəni, hal hazırda 2020-ci ilin iyulun 29-da TAP-ın son qaynaq tamamlanma işləri İtaliyada da başa çatmışdır və bu barədə artıq rəsmi məlumat yayılmışdır. Azərbaycan bu beynəlxalq layihələrlə Avropa ölkələrinin bir çoxunun neft və qaz təminatçısı olmaqla Avropanın enerji təminatına və Avropanın enerji təhlükəsizliyinə əvəzsiz  töhfə vermişdir. Tarixdə məhşur deyim var ki, II dünya müharibəsini Bakı nefti udmuşdur. Sovet hərbi texnikasının-təyyarələrinin istifadə etdiyi neftin 70-75 %, benzinin 85 % -ni Azərbaycan təmin edirdi. (1941-45 - ci illərdə 70 mln ton neft, 22 mln ton benzin) İndi isə yeni dünyada Avropanın enerji təminatında, enerji təhlükəsizliyində Azərbaycan çox mühüm rol oynayır.

            Bəs Ermənistan beynəlxalq layihələrə qarşı çıxmaq, ABŞ-ın, Avropa dövlətlərinin, Türkiyənin dəstəklədiyi və Ermənistanın büdcəsindən qat-qat artıq kapitalı olan beynəlxalq şirkətlərin investisiya qoyduğu layihəyə təxribat və ya diversiya etmək gücündə və imkanındadırmı? Əgər ermənistanın dünyada və regionda belə bir gücü, nüfuzu və dünyada reytinqi olsaydı Azərbaycanın iştirak etdiyi bütün beynəlxalq geosiyasi və iqtisadi meqalayihələrdən kənarda qalmazdı  və əhalisi və dövləti üçün nəsə qazana bilərdi.

            Bəs niyə Ermənistan məhz Tovuz sərhəddində təxribat törədib? Bu hansı plana uyğun qurulmuş ssenari idi və ermənilərin bu planı baş tutdumu?

            Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi ilə mövcud sabitlik, inkişafı şərtləndirən ən böyük amillərdəndir və bu şəraitdə dayanıqlı və güclü dövlət tərəfindən müxtəlif sahələr üzrə stabil, perspektiv, planlı siyasət yürütmək və nəticə əldə etmək imkanı yaranır. Yəni Azərbaycandakı istənilən sabit inkişaf iqtidarın kimliyindən asılı olmayaraq Qərbdə, Rusiyada və ABŞ-da olan bəzi qüvvələri qətiyyən qane eləmir. Həmin qüvvələr heç zəif də deyillər. Tovuz təxribatında Ermənistan iqtidarının marağı nə idi və niyə Tovuzdan başladı?

            Biz Azərbaycanın və Ermənistanın bütün sahələr üzrə potensialını təhlil edərək görürük ki, heç bir halda Ermənistan Azərbaycanla rəqabət gücündə və imkanında deyil. Bəs onda necə olur, Ermənistanı hərbi təxribat törətməyə cəsarətləndirən nədir? ABŞ, Fransanın, yaxud da Rusiyanın dəstəyinə, gücünə arxalanıb hücuma keçirmi? Bu nə dərəcədə realdır ki, özündən qat-qat güclü bir dövlətə hücüm edib şıltaqlıq edəsən, yaxud da əmin olasan ki, səni dəstəkləyəcəklər. Siyasətdə belə addımlarla, şıltaqlıq və dostun dəstəyinə ehtimal edib hücuma keçilmir. Ermənistanın indiki iqtidarı müharibə komandasını ac-yalavac insanların nifrət gücü ilə hakimiyyətdən yıxdı, küçə pafosu və küçə bəyanatları isə siyasi reallıqda başqa cür görünür və başqa cür səslənir. Beləliklə Sorosun milyonları Ermənistana xoşbəxtlik gətirməyə kifayət etmədi, pandemiya rejimi də belə dövlətlərdə xüsusən ağrılı keçir. Həm epidemiya, həm aclıq qorxusu və üstəgəl ümidsizlik və itirilmiş inam və etibar. Yalnız yeni provokasiya və  yeni hərbi mühit, yeni rejimlə hakimiyyəti möhkəmlətmək olar. Həm də ənənəvi erməni siyasəti, rusiyapərəst hakimiyyəti devirib siyasi çevriliş etdikdən sonra rus siyasi dairələrinə yaxınlaşma taktikası KTMT amili və özünü Rusiyanın istifadəsinə təklif etmə fürsəti. Çünki bu təxribat Tovuzdan başqa digər yerdən başlasa və xüsusən də işğal olunmuş ərazilərdən başlasaydı sözsüz ki, Ermənistan çox şey itirəcəkdi və hətta hazırki iqtidar hakimiyyəti də itirə bilərdi.

            Bəs necə olur ki, Ermənistan hakimiyyəti hər hansı bir yerdən özünə lazım olan vaxt təxribat başlaya bilir, bu mümkündürmü? Xüsusən indiki dünyanın barıt çəlləyi üzərində oturduğu bir vaxtda?

            Biz hesab etmirik ki, bu belədir. Sadəcə olaraq Ermənistanda Rusiyanın siyasi hakimiyyətini devirən sorosçular ərazinin, mövcud hərbi, iqtisadi və digər kapitalının kreditoru və yaxud sahibi olan Rusiya ilə dil tapmağa çalışırlar və bu arada Nikol Paşinyan öz "ayı xidmətini" təklif etməyə çalışdı.

            Bəs təxribat ssenarisi necə inkişaf edə bilərdi və Azərbaycan Prezidenti bu təxribatın qarşısını necə aldı?

            Təsəvvür edin ki, Tovuzda Azərbaycan sərhəddində təxribat törədilir  və Azərbaycan generalı və zabitləri şəhid olur. Bu təxribat senarisində başlayan müharibə Azərbaycan Ermənistan sərhəddindən başlayır, KTMT öz öhdəliyi üzrə Ermənistana köməyə gəlir, Qarabağ və işğal olunmuş ərazilərdə yeni müharibə alovlanır və həm Bakıda, həm İrəvanda daxili gərginlik və böhran yaratmaq nəzərdə tutulurdu. Eyni zamanda beynəlxalq neft-qaz kəmərləri üçün də təhlükə yarana bilərdi. Lakin Azərbaycan Prezidenti İlham Əliyev çox soyuqqanlı, təmkinli və qətiyyətli mövqe nümayiş etdirdi. Yeri gəlmişkən generalın şəhid olması faktı da Azərbaycan əleyhinə təbliğat üçün istifadə etməyə çalışan qrupları fürsətləndirə bilmədi. Çünki əvvəla, informasiya siyasətinin düzgün qurulması ictimaiyyətin düzgün, operativ məlumatlandırılması sayəsində ictimai dəstək və Azərbaycan xalqının vətənpərvərlik ruhu daha da birlik və mübarizəyə köklənmişdir. Digər tərəfdən əvvəlki 1990-ci illər müharibəsindən fərqli olaraq döyüşdə əsasən  təcrübəsiz  gənc əsgərlər deyil, peşakarlar iştirak edir və generalın döyüşün ön cərgəsində olması döyüşçülərə örnək hərbi şucaəti və cəsarəti fəxr olunası nümünə kimi dəyərləndirildi.

              Eyni  zamanda  Azərbaycan  ordusu  qəti  hərbi  zərbə  ilə  cavab  zərbəsi  vurdu və    siyasi rəhbərlik müharibənin təribatçıların ssenarisi ilə coğrafiyasının genişlənməsinin qarşısını aldı. Daxildə isə təxribat  planlaşdıranlara  qarşı çox soyuqqanlılıq və təmkin nümayiş  etdirərək sadəcə olaraq senaricilərin  gözləmədiyi və  nəzərə almadığı əks-fakt on minlərlə izdihamçının İlham Əliyevin, Azərbaycan  dövlətinin və torpaqlarımızın müdafiəsinə qalxmasını müşahidə edərək Prezident çox aktiv, çevik diplomatik fəaliyyət və manevr ilə təxribat planını pozdu.

            Hakimiyyətini qorumaq və ya möhkəmlətmək üçün istənilən qüvvə ilə, hətta şeytanla da sazişə gedən və onsuz da acınacaqlı durumda olan  sadə ermənilərin öz millətinin, öz qəbiləsinin sabahını düşünəcək qədər müdrik olmayan ( bunu Nikol Paşinyanın çəkdiyi istənilən selfiyə bircə dəfə baxmaq anlamaq üçün kifayət edər) Nikol Paşinyan  və keçmiş erməni prezidenti Azərbaycanlı mülki əhalinin (Xocalı soyqırımı) və erməni mülki və siyasi şəxslərin (erməni parlamentində güllə baran , İrəvanda 1-2 mart 2008 -ci il hadisələri ) güllələnməsində əli boğaza qədər qan içində olan Robert Koçaryanın müharibə komandasına və sadə ermənilərə ünvanlanacaq sual ekspert qrupumuzda müzakirəyə səbəb oldu. Görəsən bu sualı ünvanlamaq lazımdırmı, bir mənası varmı? Bəlkədə yoxdur, ancaq hər halda bu insani sual səsləndirilməlidir.

            Anadan olan körpə  uşaqların fikrinə, qəlbinə türk (azərbaycanlı) sənin düşmənindir deyə nifrət, kin-küdurət, qisas, pislik hisslərini aşılamaqla, yerləşdirməklə uşağın könlünü zəhərləyərək şeytana təslim etməklə xoşbəxt və xeyirli ömür yaşamaq olarmı?  Axı millətlərində taleyi və xüsusiyyətləri insanlarınki kimidir. Tarixin bu dönəmlərində  erməni millətçilərinin başı yalan, riya, pislik və zalımlığa elə qarışıb , onlara reallıq elə unutdurulub ki, ilahi ədalət yaddan çıxıb, həm sadə çarəsiz ermənilər, həm də insanlıq qarşısında. Axı heçdə çox uzaq olmayan tarixə nəzər salsaq, elə sonuncu minilliyi götürsək bu region və dünyanın üçdə bir hissəsi türk toplumları, türk mənşəli, türk boyları, türk qolları tərəfindən dünya xəzinəsinə hərbi-siyasi, diplomatik mədəniyyət və elmi töhfələr verməklə ədalətlə idarə olunmuşdur.

            NƏYƏ GÖRƏ ÇAR RUSIYASI QAFQAZDA ERMƏNI DÖVLƏTI YARATDI?

            Tarixə nəzər salsaq görərik ki, Eldənizlər, Eldəgəzlər və ya Azərbaycan Atabəyləri 1136–1225-ci illərdə Azərbaycanı, şərqi Anadolunu, şimali İraqıİranı və Cibəli idarə etmiş tarixi türk qıpçaq imperiyası. Sülalənin əsasının qoyulması Şəmsəddin Eldənizlə bağlıdır. Belə ki, Sultan Məsud tərəfindən Arranı iqta olaraq alan Eldəniz tezliklə hakimiyyətini bütün Azərbaycana yaymışdı. 1160-cı ildə oğulluğu Arslan şahı da hökmdar etdikdən sonra Eldəniz İraq Səlcuq sultanlığındakı hakimiyyəti də faktiki olaraq elə keçirdi. Şəmsəddin Eldənizin dövründə Azərbaycan atabəylərinin torpaqları ArranAzərbaycanŞirvanCibəlHəmədanGilanMazandaranİsfahanReyMosulKirmanFarsXuzistanAxlatƏrzurum və Marağa torpaqlarını əhatə edirdi.

Sülalənin möhkəmlənməsi Məhəmməd Cahan Pəhləvanın dövrü ilə bağlıdır. 1175-ci ildə III Toğrulu hakimiyyətə gətirən Cahan Pəhləvan özünü onun atabəyi elan etdi və Şəmsəddin Eldəniz kimi faktiki hakimiyyəti öz əlinə aldı. Cahan Pəhləvanın dövrü stabillik dövrü olduğu üçün Eldənizlərin hakimiyyəti altındakı torpaqlarda mədəni sahələr inkişaf etmişdi.

            XII əsrin 30-cü illərində Kürdən cənubda Azərbaycan topaqlarında Atabəylər (Eldənizlər) dövlətinin paytaxtı Naxçıvan idi. Bütün İraq Səlcuq sultanlığının idarəçiliyini ələ keçirdi. Şirvanşahlar Eldənizlərdən asılı oldu. Eldənizlər dövləti Dərbənddən Fars körfəzinə qədər olan ərazilərdə yerləşirdi. 1175-ci ildə paytaxtı Həmədana keçirdi. Təbrizi Ağsunqurilərdən aldı.

            Qaraqoyunlular  1375–1469-cu illərdə AzərbaycanErmənistan, şərqi Anadolu və şimali İraq ərazilərini idarə etmiş oğuz tayfalarından ibarət tarixi tayfa ittifaqı. Van gölünün cənubunda məskən salmış Qaraqoyunlular XIV əsrin 70-ci illərindən ƏrzincandaSivasda, ümumən Şərqi Anadolunun şimal-şərq torpaqlarında möhkəmlənib, AğqoyunlularaCəlairilərə və Teymurilərə qarşı mübarizə aparmışlar.

Azərbaycanın Təbriz də daxil olmaqla qərb hissəsinin Qaraqoyunluların əlində idi. Teymurilər və Cəlairilərlə gərgin mübarizədə Qara Yusif Azərbaycandan Şərqi GürcüstanƏrəb İraqı və Əcəm İraqını öz sərhədləri daxilində birləşdirən nəhəng bir dövlət yaratmağa nail olub.

1467-ci ildə Qaraqoyunlu imperiyası süqut etdi.

Ağqoyunlular — 13781508-ci illərdə şərqi AnadolunuAzərbaycanı və İranı idarə etmişdir.

1467-ci ildə Muş döyüşündə Qaraqoyunluların məğlub edilməsi ilə Bağdada qədər olan geniş ərazi Ağqoyunluların əlinə keçir. 1468-ci ildə Uzun Həsən Həsənəlini də məğlub edərək Ağqoyunlu imperiyasının əsasını qoyur.

Uzun Həsənin hakimiyyəti illərində Ağqoyunlu imperiyası bütün Yaxın və Orta Şərqdə qüdrətli hərbi-siyasi amilə çevrildi.

1499-cu ildə Ağqoyunlu dövləti artıq iki hissəyə bölündü. 1501-ci ildə qızılbaşlara Şərur məğlubiyyətindən sonra Ağqoyunluların Azərbaycandakı hakimiyyətlərinə son qoyuldu. 1508-ci ildə qızılbaşlar tərəfindən İraqdakı hakimiyyətlərinə də son verildikdən sonra  Ağqoyunlular tamamilə süqut etdi və yerini I Şah İsmayılın yaratdığı Səfəvi imperiyasına verdi.

            Səfəvilər dövləti və ya Səfəvilər imperiyası -1501-ci ildən 1736-cı ilə qədər bugünkü AzərbaycanİranErmənistanİraqƏfqanıstan, qərbi PakistanTürkmənistan, şərqi Türkiyə, şimal-şərqi Hindistan və Özbəkistan ərazilərini əhatə etmiş, Azərbaycan varisi olduğu tarixi Azərbaycan dövləti. Dövlətin əsasını I İsmayıl 1501-ci ilin iyul ayında Təbrizdə özünü şah elan etməklə qoymuşdur.

            Çingiz Xan (Чингис Хаан)  Görkəmli Monqol hökmdarı və sərkərdəsi. Monqol qəbilələrini bir bayraq altında biləşdirərək, insanlıq tarixində ən böyük dövlət olmuş Böyük Monqol imperiyasını (1206-1368) qurmuşdur.

            Temuçinin hərbi uğurları ona ideal bozqır hakimi şöhrəti qazandırmışdı. 1203-cü ildə başlayan müharibədə Temuçinin qoşunları Van xanın qoşunlarını darmadağın etmiş,  1204-cü ilin payızında naymanları və onların müttəfiqlərini məğlubiyyətə uğratdı və bu qələbələrdən sonra bütün Monqolustanda Temuçinin hakimiyyəti bərqərar oldu.

            Qanunçuluğa dərindən hörmət edən Temuçin xaqan adının rəsmiləşdirilməsi üçün 1206-cı ildə bütün monqol aristokratiyası nümayəndələrinin iştirakı ilə Qurultay çağırılmasını lazım bildi. Qurultayda Temuçin rəsmi olaraq Çingiz xan adı ilə xaqan — yer üzünün hökmdarı elan edildi (Çingiz sözünün mənası bütün xalqların böyük xaqanı deməkdir.) Beləliklə, başda Çingiz xan olmaqla monqol dövləti yarandı.

            Teymur (MərkəziQərbi və Şərqi Asiyanın, habelə QafqazınRusun və Volqaətrafı bölgələrin tarixində böyük rol oynamış şəxsiyyət, Teymurilər dövlətinin banisi. 1370-ci ildə Əmir titulu almış Teymurun adı Azərbaycan dilində olan tarixi ədəbiyyatlarda daha çox Əmir Teymur kimi qeyd olunur.

Teymurilər dövləti 13701507-ci illər arasında mövcud olmuş və əsası Əmir Teymur tərəfindən qoyulmuş türk dövləti.

1507-ci ildə Teymurilər dövlətinin varlığına əsasını özbəklərin qoyduğu Şeybanilər dövləti tərəfindən son qoyuldu. Teymuri sülaləsindən olan Babur mübarizədə uğur qazanmadıqdan sonra əvvəlcə Əfqanıstana, sonra da Hindistana çəkildi və orada Böyük Moğol İmperiyasının əsasını qoydu. Beləliklə Teymurilər dövləti məhv olsa da, sülalə olaraq öz hakimiyyətini Böyük Moğol İmperiyasında davam etdirə bildi.        

Osmanlı Dövləti və ya Osmanlı İmperiyası 1922-ci ildə səltənətin qaldırılması və monarxiyadan respublikaya keçidin rəsmiləşməsindən sonra Türkiyə dövlətinin tarixində Osmanlı dönəmi bitmiş, dövlət mövcudiyyətinə cümhuriyyət olaraq davam etmişdir.

         Əsası müasir  Türkiyənin  Biləcik vilayətinin Söyüdlü şəhərində Osman bəy tərəfindən Osmanoğulları Bəyliyi kimi qoyulmuş Osmanlının mahiyyətcə əsası 1077-ci ildə Səlcuqlular tərəfindən qurulan Rum sultanlığının tarixində ikinci mərhələni nəzərdə tutur. İmperiya qərbdə Türkiyə imperiyası olaraq tanınırdı. Dövlətin qurucusunu tarixi Türkiyədə və Balkan yarımadasında Osman Ağa (Osman Qazi) adlandırırdılar. Osmanlı Dövlətinin qurucusu olan Osman Bəyin idarə etməyə başladığı tarix 1281-ci il tarixindən səltənətin ləğv edildiyi tarix olan 1922-ci ilə qədər tam 641 il səltənətləri davam etmişdir. Osmanlılar ayrıca Yavuz Sultan Səlimin 1517-ci ilində xəlifəlik almasından 1924-cü ilədək xəlifəliyin ləğvinə qədər 407 il Müsəlmanların xəlifəsi funksiyasını daşımışdır.

 Osmanlı dövləti tarixdə məşhur Bizans İmperiyasına son qoyaraq onun paytaxtı Konstantinopolu ələ keçirmiş və öz paytaxtına çevirmişdir. Konstantinopolun adı dəyişdirilmiş və İstanbul adı verilmişdir. XVII əsrdə özünün ən qüdrətli dövrünü yaşayan dövlət üç qitəyə yayılmışdır. Dövlət ən geniş sərhədlərinə 1683-cü ildə — II Vyana mühasirəsinədək davam etmişdir. Bu zaman Osmanlı imperiyası Avropada Macarıstandan Anapaya, Asiyada Kiçik Asiyadan İraq, Azərbaycan və Cənubi Azərbaycanı əhatə etmişdir. Afrika qitəsində Şimali Əlcəzair, Liviya (Trablusqarp), Misir və Somali Osmanlı tabeçiliyinə keçmişdir.

            Bu tarixlərdə və bu coğrafiyada erməni dövləti adında heç nə yoxdur. Qeyd etdiyimiz kimi 1828-ci il Çar Rusiyası və İran arasında Azərbaycanın bölünməsini reallaşdıran, təsdiq edən, rəsmiləşdirən və həmin dövrdən bü günə qədər davam edən siyasətə uyğun olaraq İrəvan xanlığına köçürülmə ermənilərin gətirilməsi hesabına indiki Ermənistan yaradılmışdır. Türk dövlətlərin tarixi rolu və coğrafiyası və bügünki dünyada türkdilli dövlətlərin cografiyası Cənubi Qafqazda Ermənistanın varlığını kimlər üçünsə hətta ABŞ, Avropa və Rusiyada fəaliyyət göstərən erməni lobbilərini himayə edən müəyyən strukturlar üçün  gərəkli edir. Bunu bir az bədii bənzətmə ilə ifadə etsək sanki türk coğrafiyasında və ordusunda satqın və yaxud casus rolu oynamağı ermənilər  sevə-sevə öz üzərilərinə götürür.

            Bəlkə  də dünyanın indiki zamanında tövbə edib sadə ermənilərin sabahını düşünən bir erməni ortaya çıxa biləcək?

             Sabahki uzaq olmayan tarixdə məsələn Avropa İttifaqı kimi bir Türk İttifaqı yaransa sözsüz ki, təxminən Pakistandan başlayan, Macarıstana qədər uzanan coğrafiyanı əhatə edən şurada Rusiyanın aktiv iştiraki proqnozlaşdırılandı, onda isə Ermənistan Türk dövlətlərinin mərhəmətinə möhtac olacaq və eyni zamanda da indiki funksiyasını qərbdəki ağalarının xidmətinə təklif edəcəkdir. Tarixdə bir erməni milləti olaraq qazandığı imici görəsən dəyişmək istəyi və fürsəti olacaqmı?

            Rusiyanın İranda səfiri olmuş və Rusiya və İran arasında imzalanmış "Türkmənçay" müqaviləsinin hazırlanmasında iştirak edən məşhur yazıçı Aleksandr Qriboyedov imperator I Nikolaya göndərdiyi məktubda yazırdı:

            " ...Əlahəzrət, mərkəzi rus torpaqlarında ermənilərin məskunlaşmasına icazə verməyin. Onlar elə tayfadırlar ki, bir neçə on il yaşadıqdan sonra dünyaya hay-küy salaraq bura bizim qədim dədə-baba torpağımızdır deyəcəklər..."  

            Erməni toplumunun xarakterini müşahidə edən tədqiqatçıların demək olar ki, hamısı onların əməllərinin və xarakterinin çirkinliyinə xüsusi diqqət yetirmişlər. V.Veliçko öz əsərində alman səyyahı Alfred Kyortenin ermənilər haqqında söylədiklərini nümunə gətirmiş və həmin fikirlərlə razılaşdığını bildirmişdir: “Bu əyalətlərdə türk xalqı ilə rastlaşmış hər bir şəxs türklərə hörmət etməyə və onları sevməyə öyrəşir, yunanlara hörmət etmir, ermənilərə isə nifrət edir... Hər yerdə belə bir atalar sözünü təsdiqləyirlər ki, yunan iki yəhudini aldada bilər, erməni isə iki yunanı. Əminliklə demək olar ki, Anadolunun hər hansı bir yerində sizi aldatmışlarsa, deməli siz erməni ilə qarşılaşmısınız... Mən türklərlə hər hansı bir işi şərtləşəndə yazılı müqaviləsiz də keçinirəm. Çünki onun verdiyi söz kifayətdir. Yunanlarla mən yazılı müqavilə bağlayıram, çünki bu lazımlı və faydalıdır. Ermənilərlə isə mən heç yazılı iş də aparmıram. Çünki hətta yazılı öhdəlklər də onların yalançılığının və intriqabazlığının qarşısını ala bilmir.” 

            Rus tarixçisi, ermənilərin tarixinin və coğrafiyasının ciddi araşdırıcısı İ.Şopenin yazdıqları da yuxarıda söylənilənləri təsdiqləyir və heç də erməni müəlliflərinin özləri haqqında yazdıqları ilə uyğunluq təşkil etmir. İ.Şopen öz fikirlərini belə açıqlayır: “Mənəvi baxımdan ermənilər heç də təmiz nüfuz qazana bilməmişlər. Hiyləgərlik çoxlarının xarakterik xüsusiyyətlərini təşkil edir; tamahkarlıq tez-tez onları yalana sürükləyir, onların çoxunda danışmaq vergisi öz fikirlərini gizlətmək vasitəsinə çevrilmişdir; onlar yalan danışırlar, öz əqidələrində sabit deyildirlər...Buraların erməniləri şənlənən xalq deyildir, əvvəlki ağalıqlar onların təfəkkürünün bütün oynaqlığını məhv etmişdir. Farsda və Türkiyədə milliyyətinin sonuncu xarakterini itirmiş adi erməni öz ağasının əhval-ruhiyyəsindən asılı olaraq şənlənir və gülür. Bir zəhmli baxış kifayətdir ki, dərhal onu əvvəlki səmimyyətlə gülüb şənləndiyi kimi indi də ağlamağa məcbur etsin”  

İngilis müəllifi Vilsonun da ermənilərin xarakteri haqqında fikri çox sərt idi. Vilson onların acgöz və tamahkar olmaqdan başqa həm də intriqaçı və hər xırda işi şişirtməkdə usta olduqlarını yazırdı. Xırda bir işi şişirtmək elə indinin özündə də erməni millətçilərinin və siyasətçilərinin adına yazıla biləcək xüsusi bir qabiliyyətdir. Erməni əsilli Nikoqosov adlı birisi isə tamamilə doğru olaraq bildirirdi ki, erməni xalqı ilk növbədə erməni ziyalılarının, erməni başbilənlərinin qurbanına və demoqogiya obyektinə çevrilmişdir. Böyük rus şairi Puşkin “Qara şal” və “Tazit” şeirlərində ermənilərin xarakterik xüsusiyyətinə toxunmuşdur. Ermənilər bu şeirlərdə səslənən aşağılayıcı fikirləri inkar etməyə və yaxud Puşkinin əleyhinə nəsə yazmağa özlərində cürət tapa bilməmişdilər.  Şərqin canlı yazılı abidəsi olan “Qabusnamə” əsərində oxuculara ermənilərin bəd əməllərindən, kələklərindən qorumağa tövsiyyə olunur: “Ermənilərin eybi: bədfel, kündəbədən, oğru, gözügötürməyən, bir ayağı qaçmaqda olan, əmrə baxmayan, yersiz hay-küy salan, vəfasız, riyakar, söyüş söyən, ürəyi xıltlı, ağasına düşmənçilikdir. Ümumiyyətlə, onlar başdan-ayağa müsbətdən çox. mənfiyə yaxındırlar.” 

            Litvalı alim İmantas Melyanasın məşhur “Azərbaycan xalqına qarşı soyqırım (1905-1994)” adlı tarixi oçerki, ABŞ konqresmeni xanım Eddi Bernis Djonsonun sensasiyalı “Azərbaycan ABŞ-ın Cənubi Qafqazda ən mühüm strateji müttəfiqidir” sərlövhəli müsahibəsi, V.L.Veliçkonun "Qafqaz" əsəri, ABŞ-lı alimi Samuel A.Ujmzın "Ermənistan terrorçu "xristian" ölkənin gizlinləri", görkəmli alim S.Onullahinin "Erməni millətçiləri və İran", iranlı tədqiqatçılar Səməd Şərdariniyanın “İrəvan müsəlmanlar yurduymuş”, “Qarabağın tarixi”, M.Hafizzadənin “Qarabağ”, Piruz Zare Şahmirzenin, “Azərbaycan-İran və Azərbaycan-Qafqaz” və s. adlı əsərlərdə Ermənistanın təcavüzkarlığı və erməni lobiisinin cinayətkar əməllərinə dair minlərlə fakt var. Lakin erməni toplumu heç vaxt özləri barədə yazılan acı həqiqətlərə qarşı dözümlü olmayıblar. Səfir Aleksandr Qriboyedovun ermənilərin Rusiya ərazisinə köçürülməsi barədə qərarı və bu istiqamətdə fəaliyyəti barədə məlumatlar əldə etmiş erməni millətçiləri səfirdən qisas almaq barədə qərar vermişlər. Xacə erməni Mirzə Yaqub bilərəkdən məqsədli şəkildə erməni millətçilərinin qərarının reallaşmasına köməklik göstərmişdir. Xacə Yaqubun İrandan köçmək barədə səfirə müraciət etməsi və onun sonrakı hərəkətləri səfirliyə basqının baş verməsi üçün erməni millətçilərinin planlaşdırdıqları ssenarini gerçəkləşdirmişdir . Ermənilərin bu cür məkirli yanaşmalaına dair müasir dövrdə də ağır hadisələr baş verib. ABŞ alimi, yazıçı-publisist Samuel A.Ujmz “Ermənistan-terrorçu “xristian” ölkənin gizlinləri” kitabına görə dəfələrlə ermənilərin təqib və təhdidinə məruz qalıb. Əsərin ikinci cildinin əlzaması tədqiqatçının müəmmalı ölümündən sonra evindən oğurlanıb. 

                        Ermənilər haqqında dahilərin söylədikləri fikirlər

Əmir Teymur. (Fateh-hökmdar)

Ermenileri bir millət kimi yer üzündən silmədiyim üçün geləcəkdə ya məni alqışlayacaq, ya da lənətləyəcəklər.

A,S.Puşkin. (Dahi rus şairi)

Sən köləsən, sən qorxaqsan, çünki sən ermənisən.

Aleksandr Düma. (Fransız yazıçısı ve seyyah)

Ermənilər həmişə başqa dinə qulluq edən hökmdarların hakimiyyəti altında olmuşlar. Nəticədə öz fikir və duyğularını gizli saxlayan, hiyləgər və kələkbaz adamlara çevrilmişlər.

Qraf De Şole. ( Fransız səyyahı)

Ermənilərin yoxsulluq ve əzab-əziyyet çəkməsi məndə onlara qarşı böyük rəhm oyatmasına baxmayaraq, onların haramzadalığı, kələkbazlığı o dərəcədə biabırçı, o qədər hiddətləndirici idi ki, mən heç vaxt onlara bağlana bilməzdim.

Adam Mets. (İsveç səyyahı)

Dərisi ağ qulların pisi ermənilərdir. Abır-həyaları yoxdur, oğurluqları olduqca məşhurdur. Onlar yalnız dəyənək ve qorxu altında yaxşı işləyirlər.

 

Tatsit.(Qədim Roma tarixçisi və məşhur yazıçısı)

Bu xalq (erməni) istər xasiyyətinə, istərsə də coğrafi vəziyyətinə görə qədimdən ikiüzlü və riyakardır. Bunlar daimi romalılara nifrətdən, parfiyalılara ise həsəddən az qala partlayırlar.

Musa Xorenatsi.

İndi olduğu kimi keçmişde de qedim hayların ağızlardan-ağızlara keçen neğmelere hevesleri olmayıb. Ona göre de kemağıl, nadan ve vehşi adamlar haqqında danışmaq artıqdır.

An.N.Y.Marr.

Ermeni xalqı kimi ermeni dili de hibrit (calaq) dildir.

Jemçuynikov. (Yazıçı )

Qışqıra-qışqıra danışmaq bu xalqın xəstəliyidir. Özgə millətləri de özlərinin xeyrinə qışqırmağa, yalan informasiya yaymağa cəlb edə bilirlər.

Olqa Smurova. (Yazıçı )

Əgər yuxuda erməni görübsünüzsə, çox ehtiyatlı olun, bilin ki, sizi aldadacaqlar və yaxud, sizə xəyanət edəcəklər.

Sedi Şirazi - Meşhur fars şairi:

"Erməni yer üzünün ilanı, insanlığın düşmənidir."

            Tanınmış ermənilər özləri haqqında nə deyirlər?

Yeğişe Çarens (şair): "Bizdə" (ermənilərdə) riyakarlıq ana bətnində olarkən yaranır". 

Ovanes Tumanyan: "Həqiqi qurtuluş daxildən başlanmalıdır, amma biz ermənilər daxilən xəstəyik"; "Bizim bədbəxt tayfamız (ermənilər) heç vaxt siyasi cəhətdən müstəqil olmamışdır".

Qevorq Aslan: "Erməni vətənpərvərliyi yalnız yaşadıqları yerə bağlıdır. Ermənilər harada çörək boldursa, oranı özlərinə vətən hesab ediblər".

K.Patkanov: "Ermənilər bəşər tarixində heç zaman xüsusi rol oynamamışlar".

Manuk Aqanbekyan (akademik): "Erməni xalqının kökləri haradadır, bura necə, nə vaxt, haradan və hansı yollarla gəlib. Bizdə bunun dəqiq və aydın sübutları yoxdur".

V.İşxanyan: "Qarabağda yaşayan ermənilərin bir hissəsi qədim albanların nəslindən olan əhalidir, o biri hissəsi isə Türkiyə və İrandan köçən qaçqınlardır, Azərbaycan torpağı onlar (ermənilər) üçün təqib və zülmlərdən sığınacaq yeri olmuşdur".

Xaçatur Abovyan: "Lənətə gəlmiş türk dili Allahın xeyir-duasını alıb... Bütün şadlıqlarda və toy mərasimlərində biz (ermənilər) türkcə oxuyuruq. Bizim dilin (erməni) ən azı 50 faizi türk sözlərindən ibarətdir".

Xaçatur Abovyan başqa bir yerdə deyib ki, "Türkcə (azərbaycanca) sözlər bizim dilə o qədər daxil olub ki, bizdə mahnılar, şeirlər, atalar sözləri türkcə-azərbaycanca səslənir".

Levon Daleqyan: "Ermənilər öz milli varlığı üçün birbaşa türklərə borcludurlar. Əgər biz bizanslılar və ya başqa avropalılar arasında qalsaydıq, erməni adı ancaq tarixi kitablarda saxlana bilərdi".

Qazaros Ağayan: "Bizim aşıqların şeirlə dastanları yoxdur, onların hamısı azərbaycancadır". 

A.Terteryan: "Ermənilər ünsiyyətdə və danışıq dilində həmişə Azərbaycan atalar sözləri və məsəllərinə müraciət edirdilər".

E.Arustamyan: "Azərbaycan atalar sözləri və məsəllərinin çoxu ermənilər tərəfindən ilkin halda, erməni dilinə tərcümə olunmadan istifadə olunur, ona görə ki, Azərbaycan sözlərinin dərin fəlsəfi mahiyyətinin saxlanması bu cür tərcüməyə yol vermir".

A.T.Qanalanyan Azərbaycan atalar sözlərinin ermənilər tərəfindən çox sevildiyini qeyd edərək, aşağıdakıları misal çəkir: "Kef sənindir, kənd kovxanın"; "Bir olsun, pir olsun"...

E.Arustamyan (folklorşünas): "İlahi, Vartiter uşaqdır, onun hələ on dörd yaşı var. Buna baxmayaraq o, yaşına görə çox şey bilir..., hətta danışanda "Zər qədrini zərgər bilər" kimi türk (Azərbaycan) atalar sözünü işlədir".

Deməli, Azərbaycan atalar sözünü bilən on dörd yaşlı erməni uşağı bilici uşaq kimi xarakterizə edilir. Bu da bir daha Azərbaycan atalar sözlərinin məzmununun ucalığını və qüdrətini göstərir.

Xaçatur Abovyan: "Hər kəs bilir ki, insanın ürəyindən qara qanlar axanda, nə dava-dərman, nə də yuxu ona ilahi mahnı və bayatılar kimi faydalı deyil".

Nalbandyan: "Həmişə təmiz ermənicə olan bir şey eşitmək istəmişəm. Təəssüf ki, bu günədək mən buna nail olmamışam".

R.Proşyan: "Onlar (ermənilər) türkcə ağlayırlar, bayatılardan istifadə edir və aram-aram hönkürürlər, qadınlar isə öz iniltiləri ilə onları dəstəkləyirlər".

Avetik İsakyan (şair, akademik): "Erməni xalqı da bayatını çox sevir, həm də Azərbaycan bayatılarını oxuyurlar. Ancaq Qarabağ və Zəngəzur erməniləri azərbaycanlılar kimi bayatını çox yaxından duyur və onun vasitəsilə öz arzularını ifadə edirlər".

Qazaros Ağayan yazır: "Türk (Azərbaycan) bayatılarından istifadə etməyimizin səbəbi ondadır ki, bu dildə istədiyin qədər ikimənalı və çoxmənalı sözlər var".

Berlində 1935-ci ildə doğulmuş milliyyətcə alman olan Ahmed Şmide 1983-cü ildə "Ədəbiyyat və incəsənət" qəzetində yazmışdı ki, mən nə qədər cəhd etmişəmsə bayatıları alman dilinə tərcümə edə bilməmişəm. O yazırdı ki, belə poetik nümunələr yaratmış xalq ölməzdir. Bayatıların dərin fəlsəfi mənası, onda çətin hiss olunan fikir bağlılığı imkan vermir ki,poeziyanın  bu  növünü başqa dillərə tərcümə etmək mümkün olsun. Deməli, bayatıları nəinki alman, eləcə də başqa dillərə (erməni və s.) tərcümə etmək çox çətindir.

Qazaros Ağayan: "Erməni xalqı və onun aşıqları türkcə danışmaqda heç bir çətinlik çəkmirlər, bu dil ermənilər üçün doğma kimidir, ona görə də biz türkcə (azərbaycanca) oxuyuruq".

K.Qostanyans isə təəssüf hissi ilə qeyd edir ki, "Bizim aşıqların erməni dilində olan şerləri dastanları yoxdur, hamisi yalnız türk dilindədir".

Arakel Babaxanyan: "Həyat tərzini tərənnüm edərkən aşıqlar türk (Azərbaycan) dilinə üstünlük verirlər, ona görə ki, o, (Azərbaycan dili) erməni dilindən daha mənalı və zəngindir".

Qeqam Tarverdiyan: "Erməni aşıqlarından topladığım şerlərin müəyyən hissəsi tamamilə Azərbaycan dilindədir".

"A.Spendiarovun not yazılmış kitabçasında çoxlu deyimlər var. bir sıra muğamların yazısı var: "Mahur", "Rast", "Çahargah", "Şüştər", "Kürd Şahnaz". Bu yazıların əksəriyyəti Spendiarov tərəfindən öz əsərlərində istifadə olunub". "Onların (ermənilərin) qulaqları tar və kamança səsləri ilə doludur. Ona görə də Şərq musiqisi erməni xalqının cisminə və qanına hopub".

Məşhur erməni  bəstəkarı Aram Xaçaturyan  Naxçıvanın Ordubad rayonunun Aza kəndində doğulmasını fəxrlə qeyd edərək yazmışdı: "Mən Azərbaycan aşığıyam".

Deməli, atalar sözlərimiz, nağıllar, mahnılar və musiqimiz ermənilərin yaradıcılığı

 üçün bir nümunə olmuşdur.

Xalq musiqisinin yazılması və toplanması üzrə ekspedisiya işlərində sistematik      şəkildə iştirak edən S.R.Məlikyan əsl xalq musiqisini aşkara çıxarıb və qələmə alaraq 

"erməni xalq musiqisinin orijinallığını inkar edirdi".

 A.Koroşenko da təsdiqləyir ki: "Ermənilərin özlərinin xalq musiqisi yoxdur" (Moskva, 1986).

Aram Xaçaturyan özünün "Qayane" adlı operasını SSRİ Dövlət mükafatına təqdim etmişdi. Üzeyir Hacıbəyov ona verdiyi rəydə göstərmişdi ki, "Qayane" operası Azərbaycan musiqisinin əsasında yazılmışdı    

       Məşhur tarixçi alim İ.Dyakonov ermənilər və erməni tarixi haqqında yazmışdır: "Erməni etnosu Qafqazın sərhədlərindən kənarda formalaşmışdır. Ermənilər Hind-   Avropa qəbiləsinin İran qolunun bir budağıdır. Ölkənin qədim tarixi, demək olar ki, məlum deyil".

Azərbaycan dinamik inkişafda olan dövlət və tərəqqipərvər, humanist prinsiplərə, insanlığa, mədəniyyətə dəyər və önəm verən bir cəmiyyət kimi istər mənəvi-ideoloji, istər praktiki və faktiki fəaliyyəti heç zaman Ermənistan və yaxud digər dövlətlə rəqabət üzərində qurmur. Bu inkişafa yox, geriyə addım olardı. Əslində biz bu müqayisələrlə erməni toplumunun miskin vəziyyətini göstərib sadə erməni toplumunu alçaldıb təhqir etmək məqsədi güdməmişik. Sadəcə olaraq dünyada belə imic formalaşdıran, belə tanınan ermənilərdən həmişə, dəfələrlə kimlərsə istifadə edirlər və yenə də istifadə edirlər.

Azərbaycanın Qərb sərhəddində Ermənistanın təxribat planı baş tutmadı, çünki Ermənistan ümid etdiyi hərbi və diplomatik dəstəyi ala bilmədi və Rusiyanın birbaşa bu təxribatda iştirakına nail olunmadı, digər tərəfdən də beynəlxalq magistral neft-qaz kəmərlərinə qarşı heç bir təhlükə törədilmədi və Azərbaycan daxilində də heç bir gərginlik yarada bilmədilər. Deməli, təxribat ssenarisi və planı baş tutmamış, əksinə Azərbaycanın beynəlxalq diplomatik və siyasi nüfuzunu profilaktika etməsinə və güclənməsinə şərait yarandı, Türkiyə başda olmaqla dost ölkələrlə daha da yaxınlaşmağa yeni impuls verildi, beynəlxalq layihələrə nəzarəti gücləndirdi və işi sürətləndirdi, Azərbaycan daxilində dövlətin, ordunun və prezidentin ətrafında xalqın həmrəyliyini, vətənpərvərliyini və birliyini gücləndirdi. Yəni təxribat planı ssneraçilərin əleyhinə Azərbaycan dövlətinin qələbəsi ilə başa çatdı.

... Amma başa çatdımı? Hələ yenə nəsə gözləmək olar.,                   

              

       Resurs Analitik İnformasiya Mərkəzi