Haqqımızda

Resurs Analitik Informasiya Mərkəzi İctimai Birliyi fəaliyyətə başladığı 8 ay müddətində bir-birindən maraqlı, mənalı hər bir oxucuları üçün zəruri olan 40 yaxın analitik məqalələr dərc edib. İlk addımını Region Analitik İnformasiya Mərkəzi adı altında atan Resurs, hazırladığı məqalələri nəinki hazırlandığı dövrü eləcə də həmişə aktual olan ən zəruri sahələri siyasi-iqtisadi, elmi-fəlsəfi, sosial, mənəvi və s. əhatə etməklə araşdırma məqalələr, müsahibələr, şərhlər hazırlayaraq dərc etdirib.


Resurs AİM əsasən 3 paralel istiqamət üzrə fəaliyyətini uğurla davam etdirir:

-Elmi tətqiqatlar- bu region dövlətləri və dünya siyasətində baş verən proseslərdə aparıcı rola malik olan bu və ya başqa dövlətlərarası münasibətlərin və xalqların tarixi xronoloji baxımdan eyni zamanda mənəvi, psixoloji, sosial, fəlsəfi, siyasi-iqtisadi münasibətlərin akademik səviyyədə araşdırılması: Çünki bütün sonrakı proseslərin və münasibətlərin bir dərin altyapısı, yaxud ciddi fundamental bazisi olmalı və sonrakı proseslər məhs bu tarixi fundament üzərində inkişaf edib ucala bilər.
- Regionda və dünyada baş verən proseslərin İctimai-siyasi, sosial-iqtisadi, mənəvi-psixoloji tədqiqatının aparılması, proseslərin Azərbaycana və qonşu ölkələrə təsiri və bu təsirin ortaya çıxaracağı nəticələrin analitikası, proqnozlaşdırılması və şərhi:

-Azərbaycanda sosial-iqtisadi, mənəvi-psixoloji, elmi-mədəni sosioloji tədqiqatların aparılması və bu tədqiqatların nəticələrinin tədqiq olunub müvafiq dövlət siyasətinin həyata keçirilməsinə cavabdeh olan aidiyyəti qurumlarla müzakirəsi və təhlili:

Resurs AİM İctimai Birliyi ölkənin və dövlətin milli təhlükəsizlik və milli inkişaf konsepsiyasında qida təhlükəsizliyinin və sağlam qidalanmanın, eyni zamanda ailə institutu, milli mənəvi dəyərlərimizin təbliği, gələcək nəsillərin fiziki və mənəvi sağlamlığı ilə əlaqədar olaraq, “sağlam qida, sağlam həyat, sağlam millət, sağlam gələcək” şüarı ilə “Milli mətbəximizin zənginliyi tariximizdir” adlı xalqımızın ziyalılarının, ictimai birliklərinin, KİV nümayəndələrinin iştirakı ilə qədim Şəki şəhərində geniş layihə həyata keçirib. Milli mənəvi dəyərlərimizin təbliği ilə bağlı növbəti daha bir layihə isə Lənkəran şəhərində keçirilmişdir.

Resurs Analitik İnformasiya Mərkəzinin üzərində çalışdığı və hazırladığı tədqiqat məqalələri milli dövlət, vətəndaş cəmiyyəti, insan kapitalının, intellektual resursun inkişafı və daima Azərbaycanımızın əsassız olaraq imicinə, sosial-iqtisadi inkişafına, yürütdüyü uğurlu siyasətinə, tanınmasına mane olanlara qarşı araşdırma və təhlillərlə əhatə olunmuşdur.

Bunlardan "AZƏRBAYCAN NAMİNƏ BİRLƏŞƏK!" devizi ilə təhlili məqalə "UEFA Avropa Liqasının Bakıda keçirilən final oyunu ərəfəsində Azərbaycana qarşı aparılan təbliğatların doğru olmadığını sübut edən faktlarla dərc edilib. Bundan başqa milyonlarla, milyardlarla, vəsaitlər xərcləyərək, müəyyən ölkələrdə inqilablar vasitəsilə dövlət çevrilişləri həyata keçirən Qərb dairələri və bu kimi bəzi ümumiləşmiş məsələlərdə onların təmsilçisi sifətində çıxış edən ölkə barədə yazdığı “Rəngli inqilablar seriyası Azərbaycanda dayandırıldı” "Ərəb baharı"nın solğun çiçəkləri-sərlövhəli analitikasını, ABŞ İranı vuracaqmı? təhlilində Amerikanın və İranın hərbi gücləri, hazırki siyasi vəziyyəti və s. ən zəruri faktlarla zəngin məqaləsini göstərmək olar.

İLHAM ƏLİYEVİN FƏLSƏFƏSI, BİR PORTRET HAQQINDA DÜŞÜNCƏLƏR, araşdırma təhlili yazısında müasir Azərbaycan dövlətinin qurucusu Ulu Öndərimiz Heydər Əliyevin layiqli davamçısı, Azərbaycan Prezidenti İlham Əliyevin keçdiyi həyat yolu, doğulub, böyüyüb, təlim-tərbiyə aldığı, şəxsiyyət kimi formalaşmasında müstəsna rol oynayan ailə mühiti, təhsili və eyni zamanda sağlam və geniş dünya görüşünün kamilləşməsində Ulu Öndərin genetik kodunun daşıyıcısı olmaqla bahəm, onun siyasi məktəbinin yetirməsi, yaxud da Heydər Əliyev siyasətinin ən yaxın izləyicisi və müşahidəçisi olması faktı siyasi portret cizgisində xüsusi iz buraxmasından, ölkəmizin bütün sahələrinin inkişafı naminə yürütdüyü daxili və xarici siyasəti haqqında ətraflı məlumat verib. 2018-ci il prezident seçkiləri və seçildikdən sonra Azərbaycan Prezidentinin Azərbaycanda bütün sahələrin inkişafı, həyata keçirdiyi işlər, yürütdüyü daxili və xarici siyasəti və onun nəticələrindən bəhs edən “İslahatlar ili tarixə düşdü” - təhlili və s. fəaliyyət istiqamətində yuxarıda göstərildiyi kimi onlarla məqalələri işıq üzü görüb. Resurs AİM fəaliyyətə başladığı müddətdən bu günə qədər olduğu kimi bundan sonrada öz fəaliyyət istiqamətində uğurla davam edəcək.

Sidebar Banner