Yaşar Güler NATO-nun toplantısında iştirak etmək üçün Brüsseldə səfərdədir 

 

Türkiyənin milli müdafiə naziri Yaşar Gülər NATO-nun müdafiə nazirlərinin toplantısında iştirak etmək üçün Brüsseldə toplantının keçiriləcəyi NATO Qərargahına gedib. 

Bu barədə Türkiyə Milli Müdafiə Nazirliyi "X" sosial şəbəkə hesabında məlumat yayıb. 

"Nazir Yaşar Gülər, ilk olaraq NATO Daimi Nümayəndəliyimiz ilə NATO Türk Hərbi Nümayəndə Heyəti Rəhbərliyimizi (TMR) ziyarət edi", - məlumatda bildirilib.