Ukrayna ordusu Qroznıda hərbi hissələrə dron zərbəsi endirib  

 

Ukrayna ordusu Rusiyanın Qroznı şəhərində hərbi hissələrə pilotsuz uçuş aparatları ilə zərbə endirib. 

Ukraynanın “Exilenova+” “Telegram” kanalı hücum anının əks olunduğu iddia edilən videogörüntülər yayıb. 

Məlumata görə, ilk pilotsuz uçuş aparatı şəhərdəki 42-ci qvardiya motoatıcı diviziyasının ərazisinə düşüb. 

Digər PUA-nın isə Federal Təhlükəsizlik Xidmətinin Çeçenistan Respublikası üzrə idarəsinin yaxınlığına düşdüyü, lakin hədəfə çatmadığı bildirilir.