Türkiyə və Rusiya uçuşların və turist axınının bərpa edilməsi barədə müzakirələr aparıb

“RİA Novosti”-nin yaydığı məlumata görə, Rusiyanın Türkiyədəki səfiri Aleksey Yerxov bildirib ki, Rusiya və Türkiyə iki ölkə arasında uçuşların və turist axınının bərpa edilməsi barədə müzakirələr aparıb. Bu istiqamətdə iki ölkənin aidiyyəti qurumları araşdırma aparır. Artıq təhlükəsiz turizmin sertifikatlaşdırılması üzrə xüsusi sistem hazırlanıb, hava limanlarında və turizm obyektlərində böyük işlər görülüb.