Türkiyə və Fransa XİN başçıları arasında görüş olub

Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu Parisdə fransalı həmkarı Jan-İv Le Drianla görüşüb.

Bunu M.Çavuşoğlu tvitterdə yazıb.

“Fransalı həmkarım Jan İv Lö Drianla çoxtərəfli əlaqələrimizi, regional və beynəlxalq məsələləri müzakirə etdik. Fransa ilə əlaqələrimizi qarşılıqlı hörmət əsasında gücləndirməyi planlaşdırırıq”, - o bildirib.