Türkiyə, Rusiya və İran XİN başçılarının videokonfrans formatında görüşü keçiriləcək

Suriya münaqişəsinin siyasi yolla həlli üçün bir daha danışıqlarımız olacaq.

Bu barədə Türkiyənin Xarici İşlər naziri Mövlud Çavuşoğlu Kanal-24-ə bildirib.

- Bununla əlaqədar olaraq Rusiya XİN başçısı Sergey Lavrovla danışıqlar aparılıb, qarşıdakı günlərdə Türkiyə, Rusiya və İran XİN başçılarının videokonfrans formatında görüşünün keçirilməsi planlaşdırılır.