Türkiyə Müdafiə Nazirliyi Bakının azad olunması ilə bağlı paylaşım edib
Türkiyənin Milli Müdafiə Nazirliyi Bakının işğaldan azad edilməsinin 103-cü ildönümü münasibətilə paylaşım edib
"Nuru Paşanın komandanlığı altında olan Qafqaz İslam Ordusu 103 il əvvəl Bakını işğaldan azad etdi və azərbaycanlı qardaşlarımızın qəlbində bir taxt qurdu. Bu xüsusi günü ürəkdən qeyd edir, şəhidlərimizin və qazilərimizin əziz xatirəsini hörmətlə yad edirik".


