Türkiyə İrana qarşı hərbi gücdən istifadə ssenarisinə tərəfdar deyil 

Türkiyə İranla bağlı hadisələri yaxından izləyir. 

Bu barədə Türkiyənin xarici işlər naziri Hakan Fidan mətbuat konfransında bildirib. 

O qeyd edib ki, Türkiyə İrana qarşı hərbi gücdən istifadə ssenarisinə tərəfdar deyil. 

“İranın beynəlxalq aktorlarla problemlərini həll etməsi və qeyri-stabilliyə gətirib çıxaracaq hadisələrin baş verməməsi Türkiyənin xeyrinədir”, - Hakan Fidan deyib. 

Türkiyəli nazir ABŞ və İran arasında problemlərin ya birbaşa, ya da vasitəçilərin iştirakı ilə dialoq vasitəsilə həll olunacağına ümid etdiyini vurğulayıb.