Tbilisidə Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin ikitərəfli görüşü başa çatıb

 

Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov və Ermənistan XİN rəhbəri Ararat Mirzoyan arasında ikitərəfli görüş başa çatıb.

APA-nın yerli bürosu xəbər verir ki, görüş Gürcüstanın paytaxtı Tbilisi şəhərində keçirilib.

İkitərəfli görüşdən sonra geniş tərkibli nümayəndə heyətləri bir araya gəlib.

Regional, nəqliyyat və s. məsələlər müzakirə olunub.