Rusiyanın Səhiyyə naziri: “COVID-19 peyvəndinin ilk partiyası iki həftə ərzində buraxılacaq”
Rusiya Federasiyasının Səhiyyə Naziri Mixail Muraşko keçirdiyi brifinqdə deyib ki, “Koronavirusa qarşı peyvənd istehsalı ilk növbədə daxili bazara istiqamətlənəcək. İlk növbədə Rusiya vətəndaşlarının tələbatının ödəniləcək. Bu peyvəndi xaricə də ixrac edə bilərik. Peyvəndin ilk partiyasının iki həftə ərzində buraxılacaq.
Xatırladaq ki, avqustun 11-də Rusiyada dünyada ilk dəfə olaraq COVID-19 infeksiyasına qarşı peyvənd qeydiyyatdan keçib. Sputnik-V adını alan peyvənd Rusiyanın Hamaley adına epidemiologiya və mikrobiologiya Mərkəzi tərəfindən hazırlanıb.
Onu da qeyd edək ki, Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) Rusiyanı COVID-19 peyvəndi ilə bağlı ehtiyatlı olmağa çağırıb. ÜST-ün sözçüsü Kristian Lindmeyer bildirib ki, Rusiya COVID-19 əleyhinə peyvənd istehsal edərkən beynəlxalq qaydalara əməl etməlidir. Bəzən tədqiqatçılar fərdi şəkildə nəsə tapdıqlarını iddia edirlər hansı ki bu özlüyündə böyük xəbərdir lakin peyvənd tapmaq və ya peyvəndin effektiv ola biləcəyinə dair hər hansı bir ip ucu tapmaq və bütün bu mərhələlərdən keçmək arasında böyük fərq var.


