Rusiyada kütləvi tədbirlərin keçirilməsi qadağan olunub

Rusiyada koronavirusun sürətlə yayılması ilə əlaqədar kütləvi tədbirlərin keçirilməsi ləğv olunub.

Bu barədə Rusiya İstehlakçıların Hüquqlarının Qorunması və İnsan Rifahı Sahələrinə Nəzarət Federal Agentliyinin (Rospotrebnadzor) rəhbəri Anna Popova məlumat verib.

O xatırladıb ki, Rusiyada yoluxma sayı artıq 3 gündür artaraq, 25 min nəfəri keçir. A.Popovanın sözlərinə görə, yalnız iki regionda 1 mindən 3 min nəfərədək iştirakçı ilə tədbirlər keçirilməsinə icazə verilib.