Rusiyada koronavirusa yoluxanların sayı 25 mini ötüb

Rusiyada ötən gün 25 173 koronavirus xəstəsi aşkar edilib. İlk dəfədir ki, bu ölkədə koronavirusa yoluxanların sayı 25 mini ötüb.

 Ölkədə koronavirus xəstələrinin ümumi sayı 2 114 502 nəfərə çatıb.

Bir gündə 16 002 nəfər sağalıb, 361 nəfər həyatını itirib. Ümumilikdə, Rusiyada indiyədək koronavirusdan 1 612 445 xəstə sağalıb, 36 540 nəfər ölüb.

Moskvada COVID-19 xəstələrinin sayı bir gündə 6 866 nəfər artaraq, 560 579 nəfərə çatıb.

COVID-19 xəstələrinin sayına görə Rusiya dünyada ABŞ, Hindistan, Braziliya və Fransadan sonra beşinci yerdədir.