Rusiya və Türkiyə xarici işlər nazirləri G20 sammitində görüşüblər

Rusiya və Türkiyə xarici işlər nazirləri Sergey Lavrov və Mövlud Çavuşoğlu G20 sammitində görüşüblər.

AZƏRTAC xəbər verir ki, bu barədə Rusiya XİN-in başçısı Sergey Lavrov jurnalistlərə məlumat verib.

Onun sözlərinə görə, nazirlər G20 sammitinin yekun sənədinin taxıl müqaviləsi ilə bağlı bölməsi üzərində birlikdə işləyiblər.