Rusiya, Türkiyə və İran prezidentləri Suriyadakı vəziyyəti müzakirə edəcəklər
Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskovun bildirdiyinə görə İyulun 1-də Rusiya, Türkiyə və İran prezidentləri - Vladimir Putin, Rəcəb Tayyib Ərdoğan və Həsən Ruhani videokonfrans vasitəsilə Suriyadakı vəziyyətə dair zirvə görüşü keçirəcəklər.
"Bəli, Kreml bu məlumatı təsdiqləyə bilər", - D.Peskov bildirib.


