Rusiya Merefa şəhərinə zərbə endirib: ölənlər və yaralananlar var04 may

Rusiya Silahlı Qüvvələri Ukraynanın Merefa şəhərinə raket zərbəsi endirib, nəticədə dörd nəfər həlak olub, 16 nəfər xəsarət alıb. 

Bu barədə Xarkov Vilayət Hərbi Administrasiyasının rəisi Oleq Sinequbov "X" sosial şəbəkəsində məlumat yayıb. 

"50 yaşlı və 63 yaşlı kişilər, 41 yaşlı və 52 yaşlı qadınlar həlak olub", – Sinequbov yazıb.