Rusiya Ermənistan – Türkiyə sərhədində nəzarəti gücləndirir
Ermənistan KİV-nin yaydığı məlumata görə, Ermənistanın Gümrü şəhərində yerləşən Rusiyaya məxsus 102 saylı hərbi bazasının helikopterləri iki gündür Ermənistan – Türkiyə sərhədi boyu keşik uçuşları həyata keçirir.
Bu addımın səbəbi kimi Türkiyə hökumətinin Azərbaycanı tam dəstəklədikləri və hər an yardım etməyə hazır olduqları barədəki bəyanatları göstərilir.


