Rusiya Azərbaycanın BMT Baş Assambleyasının (BA) COVID-19 mövzusuna dair xüsusi sessiyasının çağırılması ilə bağlı təşəbbüsünü dəstəkləyir

Dünən keçirdiyi brifinqdə Rusiya Xarici İşlər Nazirliyinin (XİN) rəsmi nümayəndəsi Mariya Zaxarova bildirib ki, "Rusiya səhiyyə sahəsində qlobal əməkdaşlığın siyasiləşdirilməsinin əleyhinə çıxmağa davam edir. Rusiya səhiyyə sahəsində qlobal əməkdaşlığın siyasiləşdirilməsinin əleyhinədir. Bir daha qeyd edirik ki, COVID-19 bütün beynəlxalq ictimaiyyət üçün çağırışdır. Pandemiya ilə intensiv mübarizə bütün dövlətlərin dəstəyi ilə mümkündür. Bildiyiniz kimi, bu, bizim prinsipial mövqeyimizdir.

Rusiya Azərbaycanın BMT Baş Assambleyasının (BA) COVID-19 mövzusuna dair xüsusi sessiyasının çağırılması ilə bağlı təşəbbüsünü dəstəkləyir. Bu xüsusi sessiyanın çağırılması təşəbbüsü daha əvvəl bizim tərəfimizdən dəstəklənib. Koronavirus pandemiyasının yayılması və onun mənfi nəticələrinin qarşısını almaq üçün konstruktiv müzakirələrə ümid edirik. Əminik ki, xüsusi sessiya konstruktiv əsasda keçəcək və hansısa substantiv qərarın qəbul olunması ilə bitəcək. Bu kontekstdə maraqlı müzakirələr gözləyirik”.

Xatırladaq ki, Azərbaycan Prezidenti İlham Əliyev BMT Baş Assambleyasının COVID-19-a dair xüsusi sessiyasının keçirilməsi təşəbbüsü ilə çıxış edib.