Rubio və Netanyahu İranda baş verən etirazlarla bağlı ABŞ-ın mümkün addımlarını müzakirə ediblər 

 

ABŞ dövlət katibi Marko Rubio və İsrailin Baş naziri Binyamin Netanyahu yanvarın 12-də danışıqlar apararaq İrandakı vəziyyəti və Vaşinqtonun mümkün addımlarını müzakirə ediblər. 
 
Bu barədə "Axios" portalı mənbələrə istinadən məlumat yayıb. 

Məlumata görə, tərəflər arasında növbəti telefon danışığının yanvarın 14-nə planlaşdırıldığı qeyd olunur.