Rəşad Nəbiyev Xorvatiyanın xarici və Avropa işləri naziri ilə görüşüb

 

Xorvatiyanın xarici və Avropa işləri naziri Qordan Qrliç-Radman Bakıda Azərbaycanın Rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyevlə görüşüb.

Bu barədə Gordan Qrliç-Radman “Twitter” hesabında yazıb.

O qeyd edib ki, işgüzar nümayəndə heyətinin müşayiəti ilə keçirilən görüşdə tərəflər arasında iqtisadi əməkdaşlığın gücləndirilməsi məsələləri ətrafında fikir mübadiləsi aparılıb.