Rəcəb Tayyib Ərdoğanın İrana səfər proqramı açıqlanıb

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan iyulun 18-də İrana səfər edəcək.

APA-nın Tehran bürosu xəbər verir ki, Ərdoğan səfər çərçivəsində İran rəsmiləri ilə ikitərəfli görüşlər keçirəcək.

O, eyni zamanda, Tehranda İran-Türkiyə əlaqələri üzrə ali komitənin və Astana prosesi çərçivəsində Suriya mövzusu üzrə Zirvə toplantısında iştirak edəcək.