Rəcəb Tayyib Ərdoğan: “Xarici işlər nazirimiz Dendiasa həddini bildirdi”
Xarici işlər nazirimiz Mövlud Çavuşoğlu yunan həmkarı Nikos Dendiasa həddini bildirdi.
Bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan cümə namazından sonra jurnalistlərə açıqlamasında deyib.
O bildirib ki, Türkiyə ilə Yunanıstan arasındakı münasibətlərin həllinə başqa ölkələrin müdaxiləsi arzuolunan deyil.
“Yunanıstanda 150 min soydaşımıza lazımi diqqət göstərilmir. Lozanna müqaviləsinə görə buna haqları çatmır”, - deyə o vurğulayıb.


