Rəcəb Tayyib Ərdoğan: Pelosinin Ermənistana səfərinin Cənubi Qafqazdakı proseslərə zərbə vuracaq gücü yoxdur

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ABŞ Konqresinin Nümayəndələr Palatasının spikeri Nensi Pelosinin Ermənistana səfərinə münasibət bildirib.

APA NTV-yə istinadən xəbər verir ki, Ərdoğan deyib ki, Pelosinin Ermənistana səfərinin Cənubi Qafqazdakı proseslərə zərbə vuracaq gücü yoxdur.

Türkiyə Prezidenti qeyd edib ki, Pelosinin səfərini şişirtməyə ehtiyac yoxdur.