Quterreş: İran ətrafındakı münaqişə nəzarətdən çıxıb 

 

İran ətrafında baş verən münaqişə nəzarətdən çıxıb və daha geniş müharibəyə çevrilə bilər. 

Bunu BMT-nin baş katibi Antoniu Quterreş jurnalistlərə açıqlamasında bildirib. 

Onun sözlərinə görə, baş verənlər artıq qəbul edilə bilən hədləri aşır və ciddi humanitar nəticələr doğurur.