Qonşu ölkədə maska taxmaq məcburi edildi

İran Prezidenti Həsən Ruhani Koronavirusla Mübarizə Milli Komitəsinin iclasında deyib ki, 5 iyuldan Səhiyyə Nazirliyinin müəyyənləşdirdiyi məkanlarda maska taxmaq zəruridir.

İlk növbədə 15 gün müddətinə maska taxmaq zəruri olacaq. Lazım gələrsə, bu müddət uzadılacaq. Üstörtülü məkanlar, insanların toplaşdığı yerlərdə maska taxmaq məcburidir.

Qeyd edək ki, İranda ötən günədək (27 iyun) 220 180 nəfər koronavirusa yoluxub, 10 364 nəfər ölüb, 180 661 nəfər sağalıb.