Qırğızıstanda korona virusa görə ikinci dəfə fövqəladə hal rejimini tətbiq oluna bilər

Qırğızıstan Səhiyyə nazirinin müavini Madamin Karatayev Bişkekdə keçirdiyi brifinqdə deyib ki. koronavirusla bağlı Respublika Qərargahı pandemiya dövründə ikinci dəfə ölkənin bir sıra şəhər və rayonlarında fövqəladə hal rejimini bərpa etmək niyyətindədir. Hazırda Çuy, Oş vilayətlərində, Bişkek və Oş şəhərlərində virusa yoluxanların sayı kəskin artıb, vəziyyət çox gərgindir və bu ərazilərdə fövqəladə hal rejiminin bərpa olunması zərurətə çevrilib. son 24 saat ərzində ölkədə 228 nəfər virusa yoluxub və xəstələrin sayı 3954 nəfərə çatıb. Yeni yoluxanların 113-ü Bişkek şəhərində qeydə alınıb. Onların 19-u tibb işçisidir. Pandemiya dövründə ölənlərin sayı 43 nəfərə çatıb.