Qırğızıstan Prezident Aparatının rəhbəri və daha 16 əməkdaşı koronavirusa yoluxub
RİA Novosti-nin yaydığı məlumata görə, Qırğızıstan Prezidentinin mətbuat xidmətinin rəhbəri Dosəli Əsənəliyev bildirib ki, Prezident Aparatının 17 əməkdaşı yeni növ koronavirusa (COVID-19) yoluxub. Onun sözlərinə görə, Prezident Aparatının və aparatın 8 əməkdaşının koronavirus testinin nəticələri müsbət çıxıb. Koronavirus infeksiyasına yoluxmuş əməkdaşların hamısı təcrid olunub, onlar ev şəraitində işə davam edir. O, infeksiyaya yoluxmuş şəxslərin vəziyyətinin normal olduğunu və həkim tövsiyyələrinə uyğun müalicə olunduqlarını deyib.
Qeyd edək ki, bir neçə gün öncə Prezident Aparatının daha 8 əməkdaşının analiz nəticələri müsbət çıxıb. Onların arasında Prezident Apartının Xarici Siyasət Departamentinin rəhbəri Daniyar Sıdıkov da olub.


