Qazaxıstan Azərbaycanla uçuşları bərpa edir

Qazaxıstanın “Air Astana” aviaşirkəti noyabrın 7-dən Almatı-Bakı marşrutu üzrə həftədə iki dəfə uçuşlar həyata keçirməyi planlaşdırır.

Qazaxıstanın Sənaye və İnfrastrukturun İnkişafı Nazirliyi məlumat yayıb.

Uçuşlar cümə axşamı və bazar günləri “Embraer E190-E2” təyyarəsi ilə həyata keçiriləcək.

“Azərbaycana uçuşların daha da artırılması epidemioloji vəziyyətdən, İdarələrarası Komissiyanın və Azərbaycanın aidiyyəti dövlət orqanlarının qərarlarından asılı olacaq”, - deyə Nazirliyin mətbuat xidməti əlavə edib.

Uçuşlar sanitar-epidemioloji tələblərə ciddi riayət olunmaqla və aviaşirkətin saytında dərc olunmuş cədvələ uyğun həyata keçiriləcək.