Putin Dərbənddə Azərbaycan Musiqili Dram Teatrının açılışını edib 

Rusiya Prezidenti Vladimir Putin videobağlantı vasitəsilə Dərbənddə yenilənmiş Azərbaycan Musiqili Dram Teatrının açılışını edib. 

Bu barədə Rusiya KİV-i məlumat yayıb. 

"Rusiya ilə Azərbaycan arasında münasibətlər ümumi tarixi keçmişin, o cümlədən mədəni irsin möhkəm bünövrəsi üzərində inkişaf edir. Qeyd etmək lazımdır ki, Bakıda 100 ildən çox əvvəl açılmış məşhur Rus Dram Teatrı olduqca uğurla fəaliyyət göstərir", - o bildirib. 

"Bununla əlaqədar teatrın işinə verdiyi dəstəyə görə Azərbaycan Prezidentinə təşəkkürümü bildirmək istəyirəm", - o qeyd edib.