Polşa Ukrayna və Belarus yaxınlığında hava məkanını bağlayır 

Polşa Ukrayna və Belarus yaxınlığında hava məkanını bağlayır. 

Bu barədə Polşa Aeronaviqasiya Xidmətləri Agentliyi məlumat yayıb. 

Bildirilir ki, yerdən 3 kilometr hündürlüyədək bütün hava vasitələrinin uçuşları qadağan edilib, 3 kilometrdən yuxarı hündürlükdə uçuş həyata keçirən sərnişin reysləri və sanitar aviasiya adi rejimdə fəaliyyət göstərəcək. 

Məlumata görə, məhdudiyyətlər dövlət təhlükəsizliyi səbəbindən tətbiq edilir və 10 iyun–9 sentyabr tarixlərini əhatə edəcək.