Paşinyan Lukaşenkonu Ermənistan-Azərbaycan sərhədindəki vəziyyətlə bağlı məlumatlandırıb
Belarus Prezidenti Aleksandr Lukaşenko və Ermənistanın Baş naziri Nikol Paşinyan arasında telefon danışığı baş tutub.
Bu barədə BELTA Belarus liderinin mətbuat xidmətinə istinadən məlumat yayıb.
Tərəflər Belarusda və Ermənistandakı vəziyyət barədə bir-birlərini məlumatlandırıblar, KTMT çərçivəsində problemli məsələləri müzakirə ediblər.
N. Paşinyan Belarus Prezidentinə Ermənistan-Azərbaycan sərhədindəki vəziyyət və onun mümkün inkişaf yolları barədə də məlumat verib.


