Paşinyan Avrasiya İqtisadi İttifaqının sammitinə qatılmaqdan imtina edib 

 

Ermənistanın Baş naziri Nikol Paşinyan Avrasiya İqtisadi İttifaqının 28-29 may tarixlərində keçiriləcək sammitində iştirak etməyəcək. 

Ermənistan mediasının xəbərinə görə, bu barədə Paşinyan özü bildirib. 

O, artıq bu barədə Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayevi məlumatlandırdığını deyib. 

Paşinyan 9 may paradında olduğu kimi, bu dəfə də seçkiqabağı kampaniya ilə məşğul olacağını əsas gətirib.