Nursultan Nazarbayev: Rusiya, Çin və Avropa İttifaqı liderləri planetin gələcəyi üçün xüsusi məsuliyyət daşıyırlar

Qazaxıstan Xarici İşlər Nazirliyi Mətbuat Xidmətinin yaydığı məlumata görə Qazaxıstanın birinci prezidenti Nursultan Nazarbayev nüvə arsenalının azaldılması ilə bağlı Rusiya, Çin, ABŞ və Avropa İttifaqı (Aİ) liderlərinin iştirakı ilə sammitin keçirilməsi təklifi ilə çıxış edib. Nursultan Nazarbayev təklifində qeyd edib ki, "İnanıram ki, ABŞ, Rusiya, Çin və Avropa İttifaqı liderləri planetin gələcəyi üçün xüsusi məsuliyyət daşıyırlar. Əminəm ki, dördlü formatda bu sammitin keçiriləcəyi təqdirdə, onun əsas mövzularından biri nüvə silahının tədricən və mütənasib şəkildə azaldılması barədə çoxtərəfli sazişin hazırlanması olmalıdır. Qazaxıstan bu zirvə görüşü üçün öz platformasını təqdim etməyə hazırdır".