Nikol Paşinyan məğlubiyyətlərini etiraf edib
Əlbəttə ki, biz məğlub olduq və bu məğlubiyyətə görə məsuliyyət daşıyırıq. Ancaq insanların gözlərinə baxmaq hüququnu qoruduq.
AZƏRTAC xəbər verir ki, bu sözləri Ermənistanın baş naziri vəzifələrini icra edən Nikol Paşinyan seçiciləri qarşısında çıxışı zamanı söyləyib.
Paşinyan xain və satqın olmadığını bildirib. O deyib: “Əgər biz satqın olsaydıq, bu qədər insan ətrafımıza toplaşmaz və bizə qulaq asmazdı”.
Qeyd edək ki, iyunun 20-də Ermənistanda növbədənkənar parlament seçkiləri keçiriləcək.


