Mövlud Çavuşoğlu Özbəkistanda səfərdədir

Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu Özbəkistana səfər edib.

Bu barədə APA-nın yerli bürosuna Türkiyə Xarici İşlər Nazirliyindən (XİN) məlumat verilib.

Səfər çərçivəsində M. Çavuşoğlu “Mərkəzi və Cənubi Asiya: regional əlaqələr, sınaqlar və fürsətlər” mövzusunda konfransa qatılacaq, bir sıra görüşlər keçirəcək.