Mövlud Çavuşoğlu Özbəkistana səfər edəcək

 

Türkiyə xarici işlər naziri Mövlud Çavuşoğlu İqtisadi Əməkdaşlıq Təşkilatı (İƏT) Nazirlər Şurasının 26-cı iclasında iştirak edəcək.

Bu barədə Türkiyə XİN-dən APA-nın İstanbul müxbirinə bildirilib.

Qeyd olunub ki, bununla əlaqədar, nazir 24 yanvar 2023-cü il tarixində Özbəkistana səfər edəcək.

İclasda İƏT-in gündəliyində duran cari məsələlər müzakirə olunacaq.