Latviyada NATO XİN rəhbərlərinin iclası keçiriləcək

Latviyanın paytaxtı Riqada NATO ölkələrinin xarici işlər nazirlərinin iclası keçiriləcək.

Bu barədə Latviya Xarici İşlər Nazirliyinin (XİN) mətbuat xidməti məlumat yayıb.

NATO XİN rəhbərlərinin iclası 30 noyabr -1 dekabr tarixlərində Riqada baş tutacaq.

İclasda cari təhlükəsizlik çağırışları, NATO ölkələrinin tərəfdaş ölkələr və Avropa İttifaqı ilə əməkdaşlığı barədə fikir mübadiləsi aparılacaq, təşkilatın yeni strateji konsepsiyası müzakirə olunacaq.