Kreml: Ukrayna qərar verənə qədər "xüsusi hərbi əməliyyat" davam edəcək 

Ukrayna münaqişəsinin sülh yolu ilə nizamlanmasının qapısı açıqdır. 

Bunu Kremlin rəsmi nümayəndəsi Dmitri Peskov bildirib. 

O vurğulayıb ki, Ukrayna məsələsi ilə bağlı Rusiyanın mövqeyi bəllidir, bunu amerikalılar və ukraynalılar bilirlər: "Sülh yolu ilə həllin qapısı açıqdır. Ukrayna qərar verənə qədər “xüsusi hərbi əməliyyat” davam etdiriləcək". 

Kreml sözçüsü Əbu-Dabidəki yeni danışıqların nəticələri barədə məlumat verməyi planlaşdırmadıqlarını da əlavə edib.