Kreml Putin-Paşinyan danışıqlarının formatını açıqlayıb 

 

Bu gün Rusiya-Ermənistan Münasibətləri Günüdür. 

Bunu Kremlin rəsmi nümayəndəsi Dmitri Peskov bildirib. 

Onun sözlərinə görə, bu gün Ermənistanın Baş naziri Nikol Paşinyan Moskvada işgüzar səfərdə olacaq. 

"Bu gün Rusiya-Ermənistan danışıqları keçiriləcək. Daha sonra iki lider, Putin və Paşinyan, işgüzar səhər yeməyində təkbətək müzakirələrini davam etdirəcəklər. Buna görə də bu gün Rusiya-Ermənistan Münasibətləri Günüdür", - Kremlin sözçüsü qeyd edib.