Kasım-Jomart Tokayev: "Sabahdan KTMT kontingentinin Qazaxıstandan çıxarılmasına başlanılır"

 

Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) sülhməramlı missiyasının fəaliyyətini çox yüksək qiymətləndirib.

RİA “Novosti”yə istinadən verdiyi xəbərə görə, Tokayev bildirib ki, sabahdan KTMT kontingentinin Qazaxıstandan çıxarılmasına başlanılır.

O qeyd edib ki, müvafiq ölkələrin rəhbərləri ilə danışıqlar aparıb.