İsveç Baş naziri Ukraynaya səfər edib
İsveç Baş naziri Ulf Kristerrson Ukraynaya səfər edib.
APA xəbər verir ki bu barədə İsveç Baş nazirinin rəsmi "Twitter" hesabında məlumat verirlib.
"Bu gün Kiyevdə Prezident Zelenski ilə görüşdə İsveçin və Aİ-nin Ukraynaya sarsılmaz dəstəyini bir daha vurğuladım. Ukraynanın ehtiyacı olduğu müddətcə bizim dəstəyimiz davam edəcək. Rusiyanın qeyri-qanuni işğalçı müharibəsi nəticəsində Borodianka və ətraf ərazilərdəki dağıntılardan güclü təsirləndim. Bunu törədənlər cavab verəcəklər". Baş nazir bildirib.


