İsrail ordusu Qəzzaya zərbə endirib, HAMAS-ın liderlərindən olan Xəlil əl-Hayyanın oğlu öldürülüb 

 

İsrail Müdafiə Qüvvələri Qəzza şəhərinin qərbində təhlükəsizlik qərargahının mühafizə postuna zərbə endirib. 

“The Tımes of Israel”in xəbərinə görə, zərbə nəticəsində HAMAS-ın 3 üzvü öldürülüb. 

Məlumata görə, hücum zamanı daha 4 HAMAS üzvü xəsarət alıb. 

“Reuters“ isə HAMAS rəsmisi Basim Naimə istinadən xəbər verir ki, İsrailin hava zərbəsi nəticəsində ABŞ vasitəçiliyi ilə Qəzzanın gələcəyi üzrə aparılan danışıqlarda HAMAS-ın əsas iştirakçısı olan Xəlil əl-Hayyanın oğlu Azzam əl-Hayya öldürülüb. 

Rəsmi bildirib ki, bu zaman HAMAS-ın liderləri Qahirədə İsraillə atəşkəsin qorunmasına yönəlmiş danışıqlar aparıb. 

Məlumata görə, Azzam əl-Hayya sürgündə olan Xəlil əl-Hayyanın İsrail hücumlarında ölən sayca dördüncü oğludur.