İranda vəziyyət daha da gərginləşməkdə davam edir 

Ölkədə Koronovirus isə daha geniş yayılmaqda davam edir

 İran Prezidenti Həsən Ruhani -düşmənlərin üzərimizdəki təzyiqi çox ağırdır. 

O, koronavirus pandemiyası və ABŞ-ın maliyyə sanksiyaları səbəbilə ölkəsinin çətin günlər yaşadığını dilə gətirib: "Etiraf etməliyəm ki, ölkə üzərindəki diplomatik və iqtisadi təzyiqlərin getdikcə ağırlaşır. Pandemiya ilə yanaşı, sanksiyalara məruz qalırıq. Sanksiyalarla yanaşı, təhriflərə məruz qalırıq. Bununla yanaşı, xarici mətbuatda xalqın cəsarətini qırmaq istəyən düşmənlər var”.

Ruhani maddi vəziyyəti yaxşılaşdırmaq üçün xam neft yerinə istehsal olunmuş neft ixrac etməyi planlaşdırdıqlarını qeyd edib. 

IRINN-nın yaydığı məlumata görə ölkənin Səhiyyə Nazirliyi bildirib ki,

ölkədə 2 634 yeni yoluxma faktı qeydə alınıb.Beləliklə, İranda qeydə alınmış yoluxma hallarının sayı 320 117-yə yüksəlib. Onlardan 17 976 nəfəri ölüb, 277 463 nəfəri sağalıb.