İranda ölənlərin sayı 1 332 nəfərə çatıb 

 

ABŞ və İsrailin İrana aviazərbələri nəticəsində ölənlərin sayı 1 332 nəfərə çatıb. 

Bu barədə İran Qırmızı Aypara Cəmiyyəti məlumat yayıb. 

Məlumatda bildirilir ki, hədəfə alınan obyektlərin ən azı 105-i mülki təsisat olub. Onların arasında 14 tibb mərkəzi və Qırmızı Ayparaya məxsus 7 bina olub. 

Qeyd edilib ki, davam edən əməliyyatlar zamanı ən azı 174 yaşayış məntəqəsi zərbəyə məruz qalıb.