İranda etirazlarda 3 min nəfər həbs edilib 

 

İranda hökumət əleyhinə etirazlarda iştirak edən 3 min nəfər həbs edilib. 

Bu barədə “Tasnim” agentliyi məlumat yayıb. 

Qeyd edək ki, İranda dekabrın 29-da milli valyuta rialın kəskin ucuzlaşmasından sonra başlayan etirazlar ölkənin əksər iri şəhərlərində hökumət əleyhinə aksiyalara çevrilib. Etirazlarda 2000-ə qədər insan öldüyü bildirilir. Yanvarın 12-də yüz minlərlə insanın hökumətə dəstək məqsədilə keçirdiyi kütləvi nümayişlərdən sonra etirazlar səngiyib.