İran və Türkiyə hava sərhədlərinin açılması müzakirə edilib

  İran Prezident Aparatı saytının yaydığı məlumata görə İran İslam Respublikası Prezidenti Həsən Ruhani və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan koronavirus pandemiyası şəraitində tibbi göstərişlərə riayət olunmaqla hava sərhədinin açılması məsələsini müzakirə ediblər.

Prezidentlər ticarətin yenidən başlanmasını da müzakirə ediblər. R. T. Ərdoğan bununla əlaqədar müvafiq təlimatların hazırlandığını nəzərə çatdırıb. Türkiyə və İran prezidentləri koronavirusla mübarizə sahəsində təcrübə mübadiləsini də vacib sayıblar.