İran ölkədə vergilərin yayındırılmasına qarşı mübarizəni gücləndirir

İranın Vergi İdarəsinin rəhbəri Ümid Əli Parsa:- “Vergi yayındırmaq qanuna zidd bir cinayətdir və bizim heç bir bəhanə ilə qəbul edilməyəcək qırmızı xəttimizdir”.

İRNA agentliyinin yaydığı məlumata görə İranın Vergi İdarəsinin rəhbəri Ümid Əli Parsa Xürrəmabad şəhərində təşkil etdiyi mətbuat konfransında vergi ilə bağlı problemlərə açıqlıq gətirib.

İdarə rəhbəri ölkədə büdcədən yayındırılan vergilərin həcminin 40-45 trilyon tümən (2,2-2,5 milyard dollar) olduğunun təxmin edildiyini bildirib: “Vergi yayındırmaq qanuna zidd bir cinayətdir və bizim heç bir bəhanə ilə qəbul edilməyəcək qırmızı xəttimizdir”.

Ölkədə yaxın zamanlarda istifadəyə verilməsi nəzərdə tutulan “İnternet Vergi Sistemi” ilə vergi qaçaqlığının qarşısının əhəmiyyətli şəkildə alınacağını söyləyən Ü.Parsa bu addımın rəhbərlik etdiyi qurumun ən önəmli hədəfi olduğunu qeyd edib.