İran Əbu-Dabidə alüminium zavoduna zərbələr endirib, yaralananlar var 

 

İran "Emirates Global Aluminium" şirkətinin Əbu-Dabidəki zavoduna zərbələr endirib. 

Bu barədə "Emirates Global Aluminium" şirkəti məlumat yayıb. 

Şirkət İranın raket və dron hücumları nəticəsində Əbu-Dabidəki Əl-Tavilah zavoduna ciddi ziyan dəydiyini bildirib. 

Məlumata görə, hücum nəticəsində bir neçə işçi yaralanıb. 

Qeyd edək ki, müəssisədə böyük bir alüminium əritmə zavodu və alüminium emalı kompleksi yerləşir.