Hakan Fidan regiondakı vəziyyətlə əlaqədar Qətərə gedəcək
Türkiyənin xarici işlər naziri Hakan Fidan regiondakı vəziyyətlə əlaqədar mayın 12-də Qətərə səfər edəcək.
Dohada baş tutacaq görüşlərdə Körfəz ölkələrində münaqişələrin aradan qaldırılması prioritet məsələ olacaq.
Görüşlərdə həmçinin qlobal enerji və ticarət marşrutları baxımından əhəmiyyət daşıyan Hörmüz boğazında vəziyyət müzakirə olunacaq.


