Gürcüstanda sentyabrın 15-dən mədəniyyət və təhsil müəssisələri fəaliyyətə başlayacaq
Gürcüstan hökumətinin qəbul etdiyi qərara görə ölkədə sentyabrın 15-dən kinoteatrların fəaliyyətinə icazə veriləcək. Eyni zamanda məktəblər də həmin tarixdə açılacaq. Uşaq bağçalarında isə təlim-tərbiyə prosesi oktyabrın 1-də başlayacaq. Bu tarixdən etibarən teatrlar da fəaliyyətlərini bərpa edəcəklər.


